Bu insanlar üçün təkrar yoluxma riski var – İmmunoloqdan AÇIQLAMAbackend

Bu insanlar üçün təkrar yoluxma riski var - İmmunoloqdan AÇIQLAMA

Analizlər koronavirusa qarşı yüksək miqdarda ümumi anticisim titri göstərsə belə, bu, insanın yenidən yoluxmayacağı anlamına gəlmir.

KONKRET.az xəbər verir ki, “Sputnik”in məlumatına görə, bu barədə Rusiyada tibb elmləri namizədi, immunoloq, “Clinical Excellence Group”un baş direktoru Nikolay Kryuçkov xəbərdarlıq edib.

Onun sözlərinə görə, əslində orqanizmi qoruyucu funksiyaları olan immunitet sisteminin xüsusi hüceyrələri, həmçinin qoruyucu anticisimlər qoruyur, yəni bütün anticisimlər bura aid deyil.

“Anticisimlərin əksəriyyəti, ən azından əhəmiyyətli bir hissəsinin qoruyucu xüsusiyyətləri yoxdur… Bu səbəbdən bizi ilk növbədə qoruyucu anticisimlərin titri və ya nisbəti maraqlandırır. Bu anticisimlər müəyyən vəziyyətlərdə yetərli olmaya bilər”, – deyə Kryuçkov əlavə edib.

İmmunoloq bildirib ki, koronavirusa qarşı vaksin vurdurmuş və ya bu xəstəliyi keçirmiş insanlar müdafiə tədbirlərinə laqeyd yanaşmamalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*