Bu kəndin də yarısı Azərbaycana verilib: bayraq sancılıb – Mirzoyanbackend

Bu kəndin də yarısı Azərbaycana verilib: bayraq sancılıb – Mirzoyan

“Tiqranaşendə (Kərki – red.) olarkən Şurnuxuda baş verənlər yadıma düşdü”.

KONKRET.az globalinfo.az-a istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin “Güclü Ermənistan” fraksiyasının deputatı Anuş Mirzoyan deyib.

O bildirib ki, Şurnuxunun yarısı Azərbaycana təhvil verildisə, deməli, yekunda Kərki də qaytarılacaq:

“Şurnuxuda 10-dan çox evin damına Azərbaycan bayrağı sancılıb. Biz kəndin başındayıq, aşağısında isə Azərbaycan lövhəsi var. O vaxt hökumət nümayəndələri “döyüş olmasın deyə, bu ərazini verməliyik”, – dedilər. Nəticədə kənd ikiyə bölündü və yarısı Azərbaycana verildi”, – deputat bildirib.

Qeyd edək ki, Şurnux kəndinin bir hissəsinin Azərbaycana qaytarılması 2021-ci ildə Ermənistan-Azərbaycan dövlət sərhədinin dəqiqləşdirilməsi prosesi çərçivəsində həyata keçirilib. Sərhədin müəyyənləşdirilməsi zamanı GPS koordinatlarından, eləcə də sovet dövrünə aid xəritələrdən istifadə olunub. Bu proses nəticəsində kəndin Azərbaycan ərazisində yerləşən hissəsi üzrə dövlət sərhədinin xətti dəqiqləşdirilib və ərazi Azərbaycanın nəzarətinə keçib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*