“Bu, Macarıstan tərəfinin təşəbbüsü idi” – Peskovbackend

“Bu, Macarıstan tərəfinin təşəbbüsü idi” - Peskov

“Macarıstanın baş naziri Viktor Orbanın Rusiyaya səfərinin təşəbbüskarı Budapeşt olub”.

KONKRET.az-ın məlumatına görə, bu sözləri Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Bu, Macarıstan tərəfinin təşəbbüsü idi. Təklif bizə dünən daxil olub və bunu müsbət dəyərləndirmişik”, – Peskov bildirib .

Rusiya prezidenti Vladimir Putin və Orban arasında danışıqlar bağlı qapılar arxasında davam edir.

Peskovun sözlərinə görə, liderlər onları nümayəndə heyətləri ilə birlikdə işçi naharda, lazım gələrsə, üz-üzə davam etdirəcəklər. Rusiya liderinin mətbuat katibi qeyd edib ki, söhbət lazım olan qədər – ən azı iki-üç saat davam edəcək.

Orxan

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*