Bu maskalar təhlükəlidir – ƏHALİYƏ XƏBƏRDARLIQbackend

Bu maskalar təhlükəlidir - ƏHALİYƏ XƏBƏRDARLIQ

Koronavirus təhlükəsinə görə Azərbaycanda da karantin rejimi davam edir. Küçəyə çıxmaq məcburiyyətində qalanları polis saxlayır və maska bağlamasını tövsiyə edir. Bundan başqa, insanlar özləri də təşviş keçirdikləri üçün maska taxır. Problem ondadır ki, apteklərdə maska tapmaq o qədər asan deyil. KONKRET.az xəbər verir ki, aptek işçilərinin sözlərinə görə, maska ən çoxu 100 ədəd gəlir ki, onun da satılması heç bir saat çəkmir.

Bu günlərdə hər birimiz müşahidə edə bilərik ki, apteklərin qarşısında maska almaq üçün uzun növbələr yaranır. Bəzi insanlar əhalinin bu ehtiyacını qarşılmaq üçün kustar üsulla maska tikib satır. Bəs kustar üsulla, istənilən parçadan maska tikilməsi doğrudurmu?

A.Qeybullanın sözlərinə görə, maska tikiləcək material elə olmalıdır ki, hopturucu effekt yaratmasın: “Maskalar xüsusi materialdan hazırlanmalıdır. Daha çox sintetik materiallar olur ki, ora müəyyən qatqılar da qatılır. Ona görə də evdə hər hansı parçadan tikilməsi doğru deyil. Tibbi cunadan maska hazırlamaq olar. Amma sonra onu kim sterilləşdirəcək? Həmin maskaların nə dərəcədə steril olduğuna kim təminat verəcək? Kim təminat verə bilər ki, həmin maskalar viruslarla çirklənməyib?”.

oxu24.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*