“Biz Ukraynada döyüşmək niyyətində deyilik. Bu müharibə bizə qətiyyən lazım deyil”
KONKRET.az BELTA-ya istinadən xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Müstəqillik Günü ilə bağlı keçirdiyi müşavirədə deyib.
“Bir il və ya daha çox əvvəl dediklərimi təkrar edirəm: biz Ukraynada döyüşmək niyyətində deyilik. Bu müharibə bizə qətiyyən lazım deyil”, – Lukaşenko qeyd edib.
