“Bu ölkə ilə əməkdaşlığı genişləndirmək lazımdır” – Putinbackend

"Bu ölkə ilə əməkdaşlığı genişləndirmək lazımdır" - Putin

“Hindistan heyrətamiz sürətlə inkişaf edir və müstəqil xarici siyasət yürüdür. Belə bir ölkə ilə əməkdaşlığı genişləndirmək lazımdır”

KONKRET.az xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin deyib.

O bildirib ki, Hindistan inanılmaz sürətlə inkişaf edir.

“Hindistanın ÜDM artımı – 7,7% – dünyada iqtisadi inkişafın və iqtisadi artımın ən yüksək göstəricilərindən biridir. Bu, həm də hazırkı Baş Naziri Narendra Modinin liderlik keyfiyyətləri sayəsində həyata keçirilib. Məhz onun rəhbərliyi dövründə Hindistan belə bir tempə çatıb. Ölkə müstəqil xarici siyasət yürüdür, bu müasir dünyada asan deyil”, – deyə Rusiya prezidenti əlavə edib.

Putin həmçinin qeyd edib ki, Nyu-Dehlinin müstəqil siyasət yürütmək bacarığı Rusiya ilə birgə iş təşkil etmək üçün vacibdir və bu, orta və uzunmüddətli perspektivdə tərəfdaşların hərəkətlərini proqnozlaşdırmağa imkan verir.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*