Bu ölkə Qırmızı dəniz bölgəsinə hərbi kontingent göndərəcəkbackend

Bu ölkə Qırmızı dəniz bölgəsinə hərbi kontingent göndərəcək

Yeni Zelandiya hökuməti Qırmızı dənizdə təhlükəsizliyi təmin etmək məqsədilə bölgəyə hərbi kontingent göndərəcəyini açıqlayıb.

KONKRET.az bildirir ki, Yeni Zelandiyanın Baş naziri Kristofer Lakson verdiyi açıqlamada Husilərin ticarət gəmilərinə hücumlarının qəbuledilməz olduğunu və bunun bölgədə sabitliyi pozduğunu bildirib.

Qırmızı dəniz bölgəsindəki məlum gərginlikdən sonra bir çox gəmiçilik şirkətləri səfərlərini dayandırmaq məcburiyyətində qalıb. ABŞ qlobal dəniz ticarəti təhlükəsizliyinin təhdid altında olduğunu əsas gətirərək Husi qüvvələrinə qarşı mübarizənin vacibliyini vurğulayıb. Eyni zamanda, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası husilərin Qırmızı dənizdəki hücumlarının dərhal dayandırılmasını tələb edən qətnamə qəbul edib.

Xatırladaq ki, qlobal ticarətin təxminən 12 faizi Aralıq dənizini Qırmızı dənizə birləşdirən və Avropa ilə Asiya arasında ən qısa marşrut sayılan Süveyş kanalı vasitəsilə həyata keçirilir.

Fatimə Lətif,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*