Bu ölkə Rusiya və Belarusla ikitərəfli sazişləri ləğv edirbackend

Bu ölkə Rusiya və Belarusla ikitərəfli sazişləri ləğv edir

Litva Rusiya və Belarusla bir sıa ikitərəfli sazişləri ləğv etməyi, onları çoxtərəfli sazişlərlə əvəz etməyi planlaşdırır.

KONKRET.az xəbər verir ki, hökumət çərşənbə günü dörd müqavilənin denonsasiyası ilə bağlı qərar qəbul etməyə hazırlaşır. Digər təkliflər isə hələ müzakirə olunur.

Litvanın Rusiya və Belarus hökumətləri ilə sərmayələrin təşviqi və qorunması, eləcə də ticarət-iqtisadi əlaqələr haqqında sazişlərinə xitam verilməsi təklif edilir.

Ədliyyə Nazirliyi Rusiya ilə mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında sazişin, Maliyyə Nazirliyi isə Rusiya ilə ikiqat vergitutmanın aradan qaldırılmasına dair sazişin denonsasiyası təklifi hazırlayıb. Ötən il Daxili İşlər Nazirliyi də Belarusla nazirlər arasında əməkdaşlığa dair 1993-cü ildə bağlanmış müqaviləyə xitam verib.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*