Bu ölkədə COVID-19-la mübarizəyə 80 min hərbçi cəlb edildibackend

Bu ölkədə COVID-19-la mübarizəyə 80 min hərbçi cəlb edildi

İranda COVID-19 pandemiyası ilə mübarizəyə 80 min hərbçi cəlb edilib.

“Fars” agentliyi bu barədə İran ordusunun quru qoşunlarının komandanlığına istinadən xəbər verir.

Hərbçilər yaşayış məntəqələrini və küçələri dezinfeksiya edir, şəhərlərin giriş və çıxışlarında nəqliyyat vasitələrini yoxlayırlar.

İran rəsmiləri infeksiyanın yayılma səviyyəsindən asılı olaraq, ölkəni bir neçə zonaya bölmək barədə qərar veriblər.

Qeyd edək ki, İranda 92 584 nəfərin koronavirusa yoluxduğu aşkar edilib, 5 877 xəstə virusun qurbanı olub. Sağalanların sayı 72 mindən çoxdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*