Bu ölkədə gözəllik salonları QADAĞAN EDİLDİbackend

Bu ölkədə gözəllik salonları QADAĞAN EDİLDİ

Əfqanıstanda hakimiyyəti ələ keçirmiş “Taliban” rejimi ölkədəki gözəllik salonlarının bağlanmasını əmr edib.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Əxlaqın Təbliği Nazirliyinin sözçüsü Məhəmməd Sadiq Akif bildirib.

Onun sözlərinə görə, gözəllik salonlarının bağlanması üçün son tarix bir aydır.

Xarici hökumətlər və BMT rəsmiləri Əfqanıstanda qadınlara qarşı artan məhdudiyyətləri pisləyib.

Belə ki, 2022-ci ildə “Taliban” əksər qız liseylərini bağlayıb, qadınların universitetdə təhsil almasını qadağan edib. Həmçinin qadınların hamam, idman zalları və parklar da daxil olmaqla bir çox ictimai yerlərdə olması qadağan edilib.

İqbal Rzayev,

KONKRET.az

  • Nadir Həsənov
    İyul 5, 2023 - 08:59

    Yəni qadınlar hamamda çimməsin iy versinlər )))

  • Xeyal
    İyul 6, 2023 - 01:15

    COX GOZEL EDİBLER BAKİDADA BELE OLMALİDİ YOXSA AVROPA SAYAQİ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*