Bu ölkədə günlük iş vaxtı 13 saat oldubackend

Bu ölkədə günlük iş vaxtı 13 saat oldu

Yunanıstanda iş vaxtının gündə 13 saata qədər artırılmasını nəzərdə tutan qanun layihəsi parlamentdə qəbul edilib.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, bu səbəbdən, ölkə daxilində etirazlar və tətillər keçirilib.

Belə ki, mübahisəli qanun layihəsini parlamentə Yunanıstanın İnkişaf və İnvestisiya naziri Adonis Georgiadis təqdim edib. Parlament ölkə daxilində hadisələrə səbəb olan qanun layihəsini təsdiqləyib.

Tənzimləmə gündəlik iş vaxtının 13 saata, həftəlik iş vaxtının isə 78 saata çatdırılmasına səbəb olur.

İstirahət günləri olan bazar günləri də əsasnaməyə daxildir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*