Bu ölkədə valideynlər təhsil haqqını zibillə ödəyir – SƏBƏBbackend

Bu ölkədə valideynlər təhsil haqqını zibillə ödəyir - SƏBƏB

Nigeriyada məktəblər uşaqların təhsil haqqını ödəmək üçün təkrar emal oluna bilən tullantıları qəbul etməyə başlayıb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, ölkənin ən böyük şəhəri Laqosda 40 məktəb ətraf mühitin mühafizəsi təşkilatının “Afrikanı təmizləmək təşəbbüsü” proqramına qoşulub.

Belə ki, proqram təkrar istifadə edilə bilən tullantıları təhvil verməklə uşaqların təhsil haqqını ödəməyə imkan verir.

Qeyd olunub ki, təşkilat məktəblilərin valideynlərini butulka, karton qutu, plastik qab və digər təkrar istifadə edilə bilən tullantıları toplamaq üçün işə götürür.

Əldə edilən vəsait müəllimlərin maaşlarının ödənilməsinə, məktəbli forması, kitab və dəftərxana ləvazimatlarının alınmasında istifadə edilir.

Qrupun yaradıcısı Aleksandr Axiqbenin sözlərinə görə, “Afrikanı təmizləmək təşəbbüsü” proqramı 13 milyondan çox nigeriyalının yaşadığı metropolda məktəbə gedən və küçələri təmizləyən uşaqların sayını artırmağa kömək edir.

Məlumata görə, Laqosun yoxsul Ajegunle məhəlləsindəki “My Dream Stead” məktəbi zibil yığımından əldə olunan gəlir sayəsində 7 uşaqdan 120 uşağa qədər böyüyə bilib və müəssisə üçün ikinci bina tikib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*