“Bu ölkələri Rusiya təhlükəsindən müdafiə etməyəcəyik” – Trampbackend

"Bu ölkələri Rusiya təhlükəsindən müdafiə etməyəcəyik" - Tramp

“Müdafiəsinə sərmayə qoymayan NATO üzvü olan istənilən ölkəni Rusiya təhlükəsindən müdafiə etməyəcəyik”.

KONKRET.az xəbər verir ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp şənbə günü tərəfdarları qarşısında çıxış edərkən belə deyib.

Xatırladaq ki, son günlər sabiq prezidentin “Rusiya müdafiəyə az sərmayə qoymuş NATO ölkəsinə hücum edərsə, Moskvaya istədiklərini etməyə imkan verəcəyik” fikri gündəm olub.

Həmin açıqlamasını şərh edən Tramp bildirib ki, ABŞ höküməti müdafiə xərclərinin ədalətli payını ödəmədiyi təqdirdə heç bir ölkəni müdafiə etməyəcək.

“Şimali Atlantika Alyansı 1949-cu ildə Sovet İttifaqına qarşı kollektiv mübarizə aparmaq üçün yaradılıb. Razılaşmanın əlamətdar xüsusiyyəti ondan ibarətdir ki, bir NATO müttəfiqinə hücum hamıya hücumdur. Keçən il dərc edilən hesabatda 30 üzv ölkədən yalnız 11-nin müdafiəyə ÜDM-nin 2%-i və ya daha çoxunu xərclədiyi məlum olub. Digər ölkələr isə heç bir sərmayə yatırmayıb”, – deyə Tramp əlavə edib.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*