Adətən turşu kimi istehlak edilən yaşıl pomidorun əslində bir çox faydaları mövcuddur.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, liflərlə zəngin olan yaşıl pomidor eyni zamanda C və A vitamini ilə zəngindir, soyuqdəyməyə qarşı effektivdir. Yaşıl pomidorun faydaları bunlardır:
– Qəbizlik və qaz problemləri zamanı faydalıdır
– Katarakt riskini azaldır
– Qırmızı qan hüceyrələrinin çoxalmasına kömək edir
– Ölü hüceyrələrin bərpasında effektli olduğu üçün dəriyə faydalıdır
– Kalorisi azdır, lakin tox saxlayır
– Saç tökülməsinə qarşı effektivdir, kəpək problemi yaşanlar üçün faydalıdır.
