“Bu qanun Almaniyaya asanlıqla gəlməyə köməklik edəcək”backend

"Bu qanun Almaniyaya asanlıqla gəlməyə köməklik edəcək"

“Sabah Almaniyanının qanunverici orqanı olan Bundestaqda yeni “Əcnəbilərin İmmiqrasiyası Haqqında” qanun layihəsi son oxunuşa qoyularaq böyük ehtimal ki, qəbul ediləcək. Bu Qanun Almaniyada qanunsuz qalmağın qarşısını alacaq, qanuni şərtlərlə yaşamağa şərait yaradacaq”.

KONKRET.az xəbər verir ki, bunu Almaniyada fəaliyyət göstərən azərbaycanlı vəkil Elvin Cəbrayıl sosial şəbəkə hesabında yazıb.

Vəkil bildirib ki, bununla Almaniya bir çox əcnəbi üçün əlverişli iş və karyera mərkəzinə çevriləcək:

“Almaniyada hər 6 iş sahəsindən birində işçi çatışmazlığı probleminin hökm sürdüyü və vəziyyətin get-gedə daha da pisləşdiyi bir vaxtda bu qanun, xaricdən bacarıqlı şəxslərin Almaniyaya asanlıqla gəlmələrinə köməklik edəcək. Yeni olan əsas qaydalardan biri də bal sisteminə əsaslanan “Şans kartı” adlanan məskunlaşma sənədidir ki, bu, əcnəbi mütəxəssis, məktəb və ya universitet məzunlarına Kanadada olduğu kimi, Almaniyaya gəlib burada ixtisaslı iş tapanadək (maksimum bir ilədək) qalmalarına şərait yaradacaq. Ən gözəl tərəfi: Bu bir il ərzində həftədə 20 saat istədiyiniz sahədə işləyə biləcəksiniz ki, bununla da Almaniyada öz xərclərinizi qarşılaya biləcəksiniz”.

“Miqrasiya hüququ üzrə ixtisaslaşmış vəkil kimi yeni qanunun bütün müddəalarını oxuyub dərk etmək, mənə belə çətin gəldi. Tam anlayana qədər yəqin ki, həftələr və ya aylar keçəcək.

Ümumilikdə demək olar ki, yeni qanun bir sıra çatışmazlıqlarına baxmayaraq uğurlu olacaq və Almaniyanın əmək bazarında mövcud problemlərin həllinə dərman olacaq”, – vəkil qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*