Bu rayonlarda qaz olmayacaq — Xəbərdarlıqbackend

Bu rayonlarda qaz olmayacaq — Xəbərdarlıq

Daşkəsən, Qazax və Gədəbəy rayonlarının bəzi kənlərində qaz kəsiləcək.

KONKRET.az xəbər verir ki, bu barədə Şəmkir Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

Bildirilib ki, payız-qış mövsümünə hazırlıq işləri, həmçinin aşkar olunmuş qaz sızmasının ləğv edilməsi ilə əlaqədar sabah saat 09:10-dan işlər yekunlaşanadək Daşkəsən şəhərinin, rayonun Alunitdağ, Mədənçilər, Yuxarı Daşkəsən qəsəbələrinin, Mollahəsənli kəndinin, eləcə də Qazax rayonunun Kosalar kəndinin və Gədəbəy şəhərinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*