Bu tarixdən bağçaya qəbul elektron qaydaya keçirbackend

Bu tarixdən bağçaya qəbul elektron qaydaya keçir

Ölkə başçısının dövlət qurumlarının fəaliyyətinin şəffaflaşdırılması ilə bağlı tapşırıqlarına uyğun olaraq, Bakı şəhərinin məktəbəqədər tərbiyə müəssisələrinə uşaq qəbuluna dair elektron xidmətin yaradılması sahəsində işlər başa çatdırılıb.

KONKRET.az-ın məlumatına görə, Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) başçısı Aparatının rəhbəri Elgin Həbibullayev bildirib ki, cari il avqust ayının 2-dən etibarən paytaxtın məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulunun elektron qaydada aparılmasına start veriləcək.

Pilot layihə kimi seçilən Nizami rayonunda bütün hazırlıq və təşkilati işlər başa çatıb. Artıq valideynlər evdən çıxmadan, elektron qaydada bağçalarda boş yerlər barədə asanlıqla məlumat əldə edərək, övladlarını paytaxtın uşaq bağçalarına qeydiyyata saldıra biləcəklər.

Elektron qəbul sistemi iş prosesində qarşıya çıxan nöqsanların təhlili, rəylər və təkliflər əsasında təkmilləşdiriləcək. Sisteminin tətbiqi Nizami rayonunda pilot layihənin gerçəkləşdirilməsindən sonra paytaxtın digər rayonlarında da mərhələli şəkildə həyata keçiriləcək. Elektron qəbul sistemi ilə yanaşı təlim – tərbiyə prosesində yeni, innovativ yanaşmanın tədbiq olunması üzərində işlər gedir. Bu barədə yaxın zamanda daha ətraflı açıqlama veriləcəkdir.

Bundan əlavə, Aparat rəhbəri BŞİH-in digər xidmət sahələrində də elektronlaşmanın və şəffaflığın təmin edilməsi məqsədilə xüsusi proqramın hazırlandığını bildirib.

  • Bagcaya qebul
    Avqust 2, 2021 - 14:36

    Bagcaya uwag qoya bilmirem cunki uc yuz aN pul isteyirler .dovlete mektub yazandada deyirler yer yoxdu yalansa.men evdar xanimam durub mehkemeynen ellewenenm uwagi kime verim.bu dovletde yawamasaq yaxsidi

  • Dürdanə
    Avqust 10, 2021 - 09:36

    Xətai rayonundakı bağçalara qeydiyyat nə zaman başlayacaq?

  • sədaqət
    Sentyabr 2, 2021 - 21:15

    xırdalanda nə vaxt olacaq

  • Nəsirulla
    May 21, 2022 - 13:43

    Deyəsən bu pilot layihə elə pilot kimi uçub gedəcək. 1 il keçib, amma Bakının Nizami rayonundan başqa rayonlarda bağça qeydiyyatı mümkün deyil. Boş yerə camaatı aldadırlar. Normal şəraitli bağçalara qəbul 300 manatdan başlayır. Qəsdən şərait yaradılır ki, rüşvəti aradan qaldırmasınlar. Milləti axmaq yerinə qoyublar.

  • Cəmilə
    İyun 1, 2022 - 17:02

    Usagi baxcaya qoymaq isteyirem get elektron qaydada qeyduyatdan kec deyirler ama kecmek mumkun deyil.Bu qeder cetin olmamalidi usagi bagcaya qoymaq .

Nəsirulla üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*