Qazaxıstanda ölüm hökmü ləğv olunub.
KONKRET.az bu barədə “Qazeta.ru”ya istinadən xəbər verir.
Məlumata görə, ölkə parlamentinin yuxarı palatası olan Senat bununla bağlı qanun qəbul edib və qanunvericiliyə edilən dəyişikliklə Cinayət Məcəlləsinin bütün maddələrindən ölüm hökmü çıxarılıb.
Bildirilib ki, bundan sonra ölkədə ən ağır cəza ömürlük həbs olacaq.
