Belarus lideri Aleksandr Lukaşenko ilə İran prezidenti Masud Pezeşkian telefon danışığı aparıb.
KONKRET.az xəbər verir ki, tərəflər Fars körfəzi regionundakı vəziyyəti müzakirə ediblər.
Pezeşkian bölgədəki son vəziyyət və Tehranın ABŞ-la apardığı danışıqlardakı mövqeyi barədə məlumat verib.
Tərəflər bildiriblər ki, sülh razılaşmasına nail olmağın əsas maneəsi qarşılıqlı etimadın olmamasıdır.
Lukaşenko Belarusun münaqişənin tezliklə həllində maraqlı olduğunu vurğulayıb,
İran prezidenti isə bu mövqeyə görə ona təşəkkür edib.
Müşviq Tofiqoğlu
KONKRET.az
