Bu yay ən populyar turistik yerlər – SİYAHIbackend

Bu yay ən populyar turistik yerlər - SİYAHI

2023-cü ildə ən populyar turistik yerləri açıqlanıb. Altı Avropa şəhəri ilk onluğa düşüb.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, “ForwardKeys” analitik şirkəti bu yay (iyulun 1-dən avqustun 31-dək) ​​dünyanın ən populyar 100 istiqamətini müəyyənləşdirib.

Qeyd olunub ki, COVID-19 pandemiyası səbəbindən insanların seçimləri əhəmiyyətli dərəcədə dəyişib.

Məlumata görə, 1,1 milyarddan çox axtarışla Banqkok Parisdən qabaq yay üçün ən populyar şəhər olub.

Bununla belə, siyahıdakı şəhərlərin ümumi sayına görə Avropa ardıcıl olaraq ən arzuolunan yer olaraq qalır.

100 ballıq şkala üzrə ilk 20 istiqamət aşağıdakılardır:

  • 1. Banqkok – 100;
  • 2. Paris – 73;
  • 3. London – 72;
  • 4. Denpasar (Bali) – 69;
  • 5. Barselona – 68;
  • 6. Nyu-York – 61;
  • 7. Lissabon – 54;
  • 8. İstanbul – 52;
  • 9. Madrid – 52;
  • 10. Afina – 51;
  • 11. PalmadeMayorka – 48;
  • 12. Sinqapur – 46;
  • 13. Tokio – 45;
  • 14. Kuala-Lumpur – 45;
  • 15. Amsterdam – 44;
  • 16. Kopenhagen – 42;
  • 17. Los-Anceles – 42;
  • 18. Roma – 39;
  • 19. Manila – 34;
  • 20. Frankfurt – 34.

Bundan əlavə, siyahıda 21-ci yerdən 100-cü yerə qədər Antalya, Berlin, Kankun, Qahirə, Dehli, Dubay, Dublin, Xoşimin, Malaqa, Marrakeş, Mayami, Milan, PuntaKana, San-Fransisko, Seul, Təl-Əviv-Yafo, Varşava, Valletta və Vyana kimi bir çox füsunkar şəhərlər yer alır.

Qeyd olunub ki, ötən ilin reytinqləri ilə müqayisədə müxtəlif istiqamətlərin nisbi populyarlığında nəzərəçarpacaq dəyişikliklər baş verib. Belə ki, Tailandın paytaxtı Banqkok 3 pillə irəliləyərək Parisi qabaqlayıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*