BÜRCLƏR və EHTİRAS: “Onlar kənar insanların yanında da sevişə bilər” – 18+backend

BÜRCLƏREHTİRAS: "Onlar kənar insanların yanında da sevişə bilər" - 18+

İnsanlar bürclərə inandı-inanmadı bəzi reallıqları psixoloqlar da təsdiqləyir. Elə bürc daşıyıcıları da doğum tarixi barədə oxuyanda razılaşmadıqları məqamlar olsa da, “tamamilə doğrudur” dediyi nüanslar çoxdur. Etiraz etdiyi cəhətlər isə onların mənfi xüsusiyyətləri haqqındadır. Lakin çatışmazlıqları inkar yox, etiraf etmək lazımdır.

KONKRET.az bürclərin müxtəlif parametrlərinə aid yazılar dərc edir. Budəfəki ulduz falı ehtirasla bağlıdır:

Qoç

Çox ehtiraslıdırlar, lakin başlarını itirmirlər. Ağılları başlarında olur, həzz alsalar da, paralel olaraq maddi və digər qayğılar barədə düşünürlər.

Buğa

Hesabcıl olduqları üçün özlərini hisslərin idarəçiliyinə buraxmırlar. Temperamentli olsalar da, ehtirasa tam dalmırlar. Qoç kimi buğaların da ağlı başında olur.

Əkizlər

Hədsiz ehtiraslı tipdir. Cuşa gəlməklərini kontrol etmirlər. Ani istəyə görə davrana bilərlər. Sevgi və sevişmənin birgəliyini qoruyurlar. Ona görə də bəzən elə bilirlər ki, sevişdiyi insanı sevirlər.

Xərçəng

Axtardıqları insanı tapdıqlarını düşünsələr, çox ehtiraslı ola bilirlər. Hətta arzularından utanmırlar. Ehtirasları qəlbən keçirdiyi hisslərlə bağlıdır. Əgər sevmirsə, ehtirasına ümid bəsləməyə dəyməz.

Şir

Ehtirasdan ağlını asanlıqla itirə bilir. Arzularının hədəfinə çatmaq üçün istənilən fürsətdən yararlanırlar. Onlar üçün seksual kontakt həyat əhəmiyyətlidir.

Qız

İntimi xoşlayır, lakin ağıllarını itirmirlər. Yəni sevişmə anında qeyri-adilik etməzlər. Ehtiras düşkünü olanları da var, onlar Şir bürcünə daha yaxındır.

Tərəzi

Xəyallarında od kimidirlər. Elə hər şeyi də orada edirlər. Reallıqda isə hər detala fikir verir və qınaq obyekti olmamaq üçün hədsiz ehtiras sərgiləmir. Yataqda özlərini ram edirlər.

Əqrəb

Ən ehtiraslı bürc sayılır, amma həmişə yox. Bu, onların ovqatından asılıdır. Bəzən küçənin ortasında coşqu ilə köynəyinizi cıra, hərdənsə evdə üzünüzə baxmaya bilər.

Oxatan

Onlar aşkar ehtiras da adlanırlar. Hər yolla hədəflərinə çatıb, sərhəd tanımadan kənar insanların yanında da sevişə bilərlər. Ehtiraslıdırlar, lakin tərəf müqabilindən qarşılıq görməyəndə əlaqəni mənasız sayırlar.

Oğlaq

Onlar üçün ehtiras ilk pillədə deyil. Amma bu o demək deyil ki, ehtiras onları idarə etmir. Sevişməyi sevir və tərəf müqabilini tabe etməyə çalışırlar. Bununla belə, prioritetləri maliyyə və karyeradır.

Dolça

Nadir hallarda ehtiraslı olurlar. Davranışlarını duyğusal gərginliyin idarəçiliyinə vermək istəmirlər. İşə salmaqdan çox, ehtiraslarını təsəvvürlərində canlandırırlar.

Balıqlar

Sevən, romantik, arzu dolu, həm də ehtiraslıdırlar. Amma sonuncu özəlliyi qədərində saxlayırlar.

Qeyd edək ki, bürclərin sadalanan xüsusiyyətləri illərə görə dəyişir.

Anar Rəhimov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*