Cəbhədəki Azərbaycan hərbçiləri “Anadolu”nun kamerasında – FOTOLARbackend

Cəbhədəki Azərbaycan hərbçiləri “Anadolu”nun kamerasında - FOTOLAR

Türkiyənin “Anadolu” Agentliyinin (AA) əməkdaşları Ermənistan silahlı birləşmələrinin iyulun 12-dən 16-a qədər ələ keçirmək istədiyi yüksəkliklərin birindən material hazırlayıb.  

KONKRET.az-ın məlumatına görə, agentlik qeyd edib ki, erməni mövqeləri ilə qarşı-qarşıya duran Azərbaycan əsgərləri hücuma layiqli cavab verməyə hazırdır.

Erməni ordusunun hücumlarını, o cümlədən artilleriya atəşlərini dəf edən Azərbaycan əsgərləri qarşı tərəfin bütün hərəkətlərinə nəzarət edir.

“Göründüyü kimi, əsgərlərin hazırlığı və mənəvi ruhu olduqca yüksəkdir. Avadanlıq və təchizatla bağlı heç bir problem yoxdur”, – deyə agentlik yazır.

Fotolar Rəsul Rəhimovundur.

Qafqazinfo

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*