Cəbrayılda qəzaya düşən türkiyəli deputatdan AÇIQLAMAbackend

Cəbrayılda qəzaya düşən türkiyəli deputatdan AÇIQLAMA

Azərbaycanda səfərdə olan Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin müavini Binəli Yıldırımla qəzaya düşən millət vəkili Şamil Ayrım açıqlama verib.

KONKRET.az xəbər verir ki, bu barədə siyasətçi öz tvitter hesabında yazıb.

“Azərbaycan səfərimizdə Partiya sədrinin müavini Binəli Yıldırımla uğursuz avtomobil qəzasına düşdük. Allaha şükürlər olsun, vəziyyətimiz yaxşıdır, xəstəxanada nəzarət altındayıq. “Keçmiş olsun” diləklərini çatdıran hər kəsə təşəkkür edirəm”, – deyə Ş.Ayrım qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*