Çeçenistanda ŞİDDƏTLİ ATIŞMA – Əlavə qüvvələr cəlb olundu – VİDEObackend

Çeçenistanda ŞİDDƏTLİ ATIŞMA - Əlavə qüvvələr cəlb olundu - VİDEO

Rusiyanın “gözmuncuğu” olan Çeçenistanda silahlı toqquşma baş verib. 

KONKRET.az xəbər verir ki, bu barədə Zaporojye vilayətinin hərbi-mülki administrasiyasının baş şurasının üzvü, “Biz Rusiya iləyik” hərəkatının sədri Vladimir Roqov özünün Telegram kanalında məlumat verib.

O, Çeçenistan Respublikasının Nadtereçnoe kəndində atışma olduğunu bildirib. Kadırovun təhlükəsizlik qüvvələri hadisə yerinə əlavə qüvvələr cəlb edir.

“Hazırda təhlükəsizlik qüvvələri fövqəladə vəziyyət yerinə əlavə qüvvələr cəlb edir.

Bütün Rusiyada Qərb öz “yatmış” terrorçularını, quldurlarını işə salır”, – deyə Roqov yazıb.

Hadisəni törədənlərin kimliyi açıqlanmayıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*