Cəlilabadda avtomobil aşdı – Xəsarət alanlar varbackend

Cəlilabadda avtomobil aşdı - Xəsarət alanlar var

Cəlilabad rayonunun Qarazəncir kəndi ərazisində üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az-ın “Report”a istinadla məlumatına görə, minik avtomobilinin aşması nəticəsində rayonun Sabirabad kənd sakinləri – 2004-cü il təvəllüdlü Rəvan Babayev, 1993-cü il təvəllüdlü Ramiz İbayev və 2005-ci il təvəllüdlü Sahil Əhmədov xəsarət alıb.

Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*