Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb.
KONKRET.az xəbər verir ki, bu barədə “Akorda” məlumat yayıb.
Tokayev bildirib ki, ABŞ administrasiyasının daxili siyasət kursunun əsasını təşkil edən sağlam düşüncəyə əsaslanan siyasət mahiyyət etibarilə ölkədə “Qanun və Qayda” prinsipi əsasında Ədalətli Qazaxıstanın qurulmasına yönəlmiş strategiya ilə üst-üstə düşür. Buna görə də Donald Trampın siyasətini dəstəkləyir.
Tokayev Qazaxıstanın nüvə silahının və zənginləşdirilmiş uranın yayılmasının yolverilməzliyi ilə bağlı dəyişməz mövqeyini təsdiqləyib.
Liderlər həmçinin iqtisadi əməkdaşlıq və siyasi qarşılıqlı fəaliyyət məsələləri ətrafında fikir mübadiləsi aparıblar.
Tokayev Donald Trampı Qazaxıstana səfərə dəvət edib.
