Cəlilabadda evdə yanğın olub.
KONKRET.az-ın xəbərinə görə, hadisə rayonun mərkəzi ərazisindəki birmərtəbəli evdə qeydə alınıb.
Hadisə yerinə FHN-nin Cəlilabad yanğından mühafizə hissəsinin iki texnikası və canlı qüvvəsi cəlb olunub. Görülən tədbirlər nəticəsində alov lokallaşdırılıb və digər tikililərə keçməsinin qarşısı alınıb.
Qeyd edək ki, ev yanar konstruksiyaları və əşyaları ilə birlikdə tamamilə yanıb.
Yanğının başvermə səbəbləri araşdırılır.\\qafqazinfo.az
