“Cəmi 4 qumbaraatanımız qalmışdı” – Tehran Mənsimov Şuşa əməliyyatından danışdıbackend

“Cəmi 4 qumbaraatanımız qalmışdı” - Tehran Mənsimov Şuşa əməliyyatından danışdı

“Ayın 6-da xüsusi təyinatlılar Şuşa uğrunda döyüşə girdilər. Çox qızğın, yaxın döyüş gedirdi. Təsəvvür edin, düşmənin tankları, BMP-ləri, BTR-ləri canlı qüvvənin üzərinə hücuma keçirdi”.

KONKRET.az xəbər verir ki, bunu Naxçıvan telekanalına müsahibəsində Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun Döyüş Hazırlığı və Tədris İdarəsinin rəisi, polkovnik Tehran Mənsimov bildirib.

Şuşa döyüşlərinin də iştirakçısı olan polkovnik Mənsimov həmin gərgin anlardan söz açıb:

“Düzdü, qumbaraatanlardan istifadə edirdik. Amma o da bitmişdi. Düşmənin tankları 10 metrlikdə bizim xüsusi təyinatlılarla savaşda idi. Cəmi 4 qumbaraatanımız qalmışdı. Onlarla da o iki tankı vurduq. Düşmən bundan sonra qaçmağa başladı. Ayın 7-də Şuşa qalasında birgə müdafiə xətti təşkil etdik. O gecə düşmən 3 böyük əks-hücum təşkil etsə də, hamısını birgə dəf etdik. Düşmənə maksimal itki verdik. Şuşa şəhərinin icra hakimiyyətinin binasında mayor Səfərli Gündüzün bölməsinin əsgərləri bayrağımızı dalğalandırdılar  və illər sonra ilk Azan oxundu.
Bu ərəfədə meşədə dərinlikdə, 16 km geri çəkilə bilməyən yaralılarımız, şəhidlərimiz var idi. Şuşa şəhəri mütləq alınmalı idi ki, yol açılsın, yaralılarımızı təxliyə edə bilək. Ağır vəziyyətdə olan yaralılar ayağa qalxıb ümidləndilər, çox sevindilər. Çox güclü yağış yağdı. Şuşa alınana qədər hava çox xoş keçirdi və bu, bizə imkan yaratdı. Ayın 8-də isə Ali Baş Komandan Şuşanın işğaldan azad edildiyini bəyan etdi.

Bu gün ermənilər dünyaya bəyan edirlər ki, guya Şuşa döyüşsüz qaytarılıb. Mən o döyüşün bir iştirakçısı kimi sizə deyə bilərəm ki, xüsusilə atəşkəsdən sonra, Şuşadan, ətrafından, meşələrdən 730 erməni hərbçisinin meyitini təhvil vermişik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*