“Bavariya”nın qapıçısı Manuel Noyer UEFA Çempionlar Liqası tarixində ən yaşlı alman futbolçu olub.
KONKRET.az xəbər verir ki, bu, Almaniya təmsilçisinin UEFA Çempionlar Liqasının liqa mərhələsinin ilk turunda doğma meydanda Norveçin “Bude-Qlimt” klubunu 5:0 hesabı ilə məğlub etdiyi qarşılaşmada baş verib.
Təcrübəli qapıçı qarşılaşma zamanı 40 yaş 167 günlük olub. Bununla da o, həmyerlisi Yens Lemannın rekordunu yeniləyib. Lemann 40 yaş 127 günündə Çempionlar Liqasında meydana çıxaraq turnir tarixində ən yaşlı alman futbolçu olmuşdu.
Qeyd edək ki, Manuel Noyer, həmçinin UEFA Çempionlar Liqasında keçirdiyi mövsümlərin sayına görə də Almaniya futbolçuları arasında rekorda imza atıb.
