“Cənab Paşinyan, fəlakətin qarşısını almaq üçün dərhal istefa verin” – Erməni diasporubackend

"Cənab Paşinyan, fəlakətin qarşısını almaq üçün dərhal istefa verin" - Erməni diasporu

Erməni diasporunun müxtəlif ölkələrdən olan nümayəndələri Paşinyanın istefasını tələb ediblər.

KONKRET.az xəbər verir ki, erməni diasporunun müxtəlif ölkələrindən olan bir sıra xadimləri Ermənistanın Baş naziri Nikol Paşinyana açıq məktubla müraciət ediblər.

Məktubdan bir hissəni təqdim edirik:

“Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyana

Biz aşağıda imza edənlər diasporda fəaliyyət göstəririk, lakin biz Ermənistan və Qarabağ naminə hər gün işləyirik. Biz milli Ermənistan-Qarabağ-Diaspor üçlüyünün gücünə inanırıq və üçünü bir yerdə erməni milləti hesab edirik.

Son iki il dörd ayda xalqımız müharibədə bir nəsil itirdi, Qarabağın 72%-ni, Ermənistanın təxminən 140 kvadrat kilometrini itirdi. Onlardan ən azı 40-nı müqavimətsiz itirdik, həmçinin yüzlərlə insanın ölümünü sənədləşdiririk. 2022-ci ilin sentyabrında Azərbaycan hücumunda ölən əsgərlər, Bakıda naməlum sayda əsirlər və hal-hazırda Qarabağın “blokada”sı və s.

Cənab Paşinyan, sizin seçkiqabağı proqramınız Qarabağ xalqının öz müqəddəratını təyinetmə hüququnu (o cümlədən Hadrut və Şuşanın qaytarılması da daxil olmaqla) təsdiq edir.

Beynəlxalq hüquqla təmin edilən bu fundamental hüquq Qarabağı saxlamağın, Azərbaycan və Türkiyənin ambisiyalarını cilovlamağın əsas yoludur. Bununla belə, siz bu mühüm məqamdan geri çəkildiniz. Sizin həm açıq, həm də sülh müqaviləsi danışıqlarınızdakı çıxışınızda Ermənistanın Qarabağın onilliklər boyu öz müqəddəratını təyin etmə cəhdindən imtina etdiniz.

Təkcə bu iki məqam və ən həssas mövqelərdə düşmənlə üz-üzə qalan əsgərlərimizə etinasızlıq göstərmələri kifayətdir ki, diaspor erməniləri olaraq dərhal Ermənistanın Baş Nazirinin vəzifədən istefasını tələb edək.

Siz özünüzə və hökumətinizə Ermənistanın hazırkı Konstitusiyasının Baş nazirə verdiyindən daha geniş hüquq və səlahiyyətlər vermisiniz.

Sizin hərəkətlərinizin nəticələri təkcə Ermənistana və Qarabağa deyil, bütün ermənilərə mənfi təsir göstərir. Buna görə də, dərhal istefanızı tələb etmək hüququmuzu özümüzdə saxlayırıq.

Cənab Paşinyan, millətimizi təhdid edən ümumerməni fəlakətinin qarşısını almağın yeganə yolu kimi Ermənistanın Baş nazirini vəzifə və səlahiyyətlərindən dərhal istefaya getməyə çağırırıq”.

Məktub müəllifləri digər vətəndaşları da adlarını çəkərək çağırışlarına qoşulmağa çağırıblar.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*