Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramafosa Pretoriyada İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahyan ilə görüşüb.
KONKRET.az xəbər verir ki, “Mehr” agentliyinin məlumatına görə, tərəflər, xüsusən avqustun sonunda Cənubi Afrika Respublikasında keçiriləcək BRİKS sammiti ilə bağlı danışıqlar aparıblar.
Ramafosa sammitin dünyada xüsusi diqqət çəkdiyini və Cənubi Afrikanın İranın BRICS ölkələrinin üzvü kimi qəbul edilməsində maraqlı olduğunu bildirib. O qeyd edib ki, Tehran bu məsələdə Pretoriyanın tam dəstəyinə malikdir.
Ramafosa əlavə edib ki, o, İran prezidenti İbrahim Rəisinin səfərini səbirsizliklə gözləyir və Tehran və Pretoriya arasında əməkdaşlığın inkişafına ümid edir.
Burhan,
KONKRET.az
