Cənubi Koreya Xarici İşlər Nazirliyi ABŞ prezidenti Donald Trampın Şimali Koreyanın nüvə dövləti olması ilə bağlı açıqlamasını pisləyib.
KONKRET.az “The Hill”ə istinadən xəbər verir ki, bu Seul və Vaşinqton arasında gələcək münasibətlərlə ciddi zərbə vura bilər. Cənubi Koreya Xarici İşlər Nazirliyinin rəsmisi bildirib ki, Şimali Koreyanın nüvəsizləşdirilməsi beynəlxalq ictimaiyyətin, o cümlədən Cənubi Koreya və ABŞ-nin riayət etdiyi dəyişməz prinsipdir. Departament vurğulayıb ki, Şimali Koreya nüvə silahına malik dövlət kimi tanınmamalıdır.
Vəli Həsənoğlu,
KONKRET.az