Çimərlik mövsümündə nələrə diqqət yetirilməlidir?backend

Çimərlik mövsümündə nələrə diqqət yetirilməlidir?

Azərbaycanda çimərlik mövsümü, ənənəvi olaraq, iyunun 15-də rəsmən açıq elan olunur.

KONKRET.az xəbər verir ki, sentyabrın ortalarına qədər davam edəcək mövsümdə Xəzər dənizinin sahilində həm pulsuz, həm də ödənişli çimərliklərin fəaliyyət göstərəcək. Hər il olduğu kimi, sahilboyu ərazilərin təmizlənməsi, xilasedici xidməti və gigiyenik-sanitar qaydalara əməl olunması mövzusu müzakirə doğurur.

“Çimərlik mövsümündə insanlar, əsasən, göbələk, göz infeksiyası, müxtəlif dəri xəstəlikləri, enteroviruslar və mədə-bağırsaq sistemini pozan viruslara yoluxa bilərlər”.

Bunu “Yeni Sabah”a Bakı Sağlamlıq Mərkəzinin həkim-infeksionisti Ləman Qalimova bildirib.

Onun sözlərinə görə, çimərlik və hovuzlarda yoluxmaların səbəbi gigiyenik-sanitar qaydalara əməl olunmamasıdır:

“Bir sıra gigyenik qaydalara riayət etmək mütləq şərtdir. Əgər kimdəsə qaşıntı, hər hansı səpki, yüksək temperatur və ya qusma kimi şikayətlər yaranarsa, vaxtında həkimə müraciət edilməlidir. Yalnız peşəkar həkim müayinəsi ilə düzgün diaqnoz qoyulmalı və müvafiq müalicə həyata keçirilməlidir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*