Çin: “ABŞ-ın nüvə arsenalı beynəlxalq təhlükəsizliyi təhdid edir”backend

Çin: "ABŞ-ın nüvə arsenalı beynəlxalq təhlükəsizliyi təhdid edir"

Çin iddia edir ki, ABŞ Nüvə Silahlarının Yayılmaması Müqaviləsini (NPT) üçüncü ölkələrə ötürməklə pozur. Söhbət hansı ölkələrdən gedir, məlum deyil. Pekin həmçinin hesab edir ki, Vaşinqtonun nüvə arsenalı beynəlxalq təhlükəsizliyi təhdid edir.

KONKRET.az “Kommersant”a istinadən xəbər verir ki, bu ittihamları Çin Xarici İşlər Nazirliyinin silahlara nəzarət departamentinin direktoru Dinq Tonqbinq səsləndirib.

O xatırladıb ki, NPT çərçivəsində bəzi ölkələr nüvə silahını ötürməməyi, digər ölkələr isə qəbul etməməyi öhdəsinə götürüb. Birləşmiş Ştatların nüvə silahının yerləşdirilməsi və onların fövqəladə hallarda döyüş təyyarələrindən istifadəsinə icazə verməsi bu qaydaları pozur.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü iddia edir ki, ABŞ yeni növ nüvə silahlarının hazırlanmasına trilyonlarla dollar sərmayə qoyub.

Diplomat əlavə edib ki, Asiya-Sakit okean regionunda nüvə silahının yaranması regional sabitliyi ciddi şəkildə pozacaq və qarşıdurma riski doğuracaq. O, bunun Çinin strateji maraqlarına birbaşa təsir edəcəyini vurğulayıb.

“Birləşmiş Ştatlar hələ də beynəlxalq sülh və təhlükəsizliyi təhdid edən nəhəng nüvə arsenalına malikdir”, – Dinq Tonqbinq deyib.

Həmin konfransda ABŞ Prezidentinin Nüvə Silahlarının Yayılmaması üzrə nümayəndəsi Adam Şeynman çıxış edib. O, Çinin ittihamlarını şərh etməyib, lakin bildirib ki, ABŞ Çinlə kommunikasiya kanallarını genişləndirməyə çalışır.

BMT-nin baş katibi Antonio Quterreş isə nüvə təhlükəsinin soyuq müharibə səviyyəsinə çatdığını bildirib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*