“Rəsmi Pekin əmindir ki, Aİ səlahiyyətliləri elektromobil bazarında ədalətsiz əməliyyatlar həyata keçirir və beləliklə, ikitərəfli iqtisadi əlaqələrə ziyan vurmaq üçün əllərindən gələni edirlər”.
KONKRET.az xəbər verir ki, Çinin Aİ-dəki səfiri Fu Çun deyib ki, ölkəsi də Avropada ticarət araşdırmaları başlaya bilər. O, Brüsselə Tayvan iqtisadiyyatına investisiya qoymamaq barədə xəbərdarlıq edib.
Sənaye ekspertlərinin fikrincə, çinli diplomat bununla da Avropaya Pekinin də eyni yanaşmaya gedə biləcəyi barədə üstüörtülü xəbərdarlıq göndərib.
“Biz hər iki tərəfin bir-birinə qarşı ticarət tədbirlərinə əl atmalı olduğu bir vəziyyətdən qaçmaq istəyirik”, – deyə Fu Çun vuğulayıb.
Rəsmiyyə Şərifova,
KONKRET.az
