Çinin şərqində Çjeçyan əyalətindəki Xançjou bələdiyyəsi bu yaxınlarda elan edib ki, uşaqlı ailələrə 20 min yuan (2783,5 ABŞ dolları) birdəfəlik subsidiya veriləcək.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, subsidiya iki kateqoriyaya bölünür.
Belə ki, analıq və uşağa qulluq üçün birdəfəlik subsidiya nağd ödənişlər şəklində veriləcək.
Məlumata görə, cütlüklərə iki uşağın doğulması üçün birdəfəlik 2000 yuan, üç uşağa görə isə 5000 yuan birdəfəlik subsidiya veriləcək. Uşaqların sayı artdıqca bu, yaşa görə ayrıca hesablanacaq.
Bundan əlavə, iki uşaqlı ailələrə birdəfəlik 5 min yuan, üç uşaqlı ailələrə isə 20 min yuan birdəfəlik subsidiya veriləcək.
Qanun 2023-cü il sentyabrın 10-dan qüvvəyə minəcək.
İqbal Rzayev,
KONKRET.az
