Çin hərbi təlimlərə hazırlaşırbackend

Çin hərbi təlimlərə hazırlaşır

Çin avqustun 12-dən 14-dək Şərqi Çin dənizində hərbi təlimlər keçirəcək.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, manevrlər ölkənin şərqindəki Zhejiang əyaləti yaxınlığında başlayacaq.

Təlimlərin keçirildiyi ərazilərdə naviqasiya sistemləri müvəqqəti dayandırılacaq. Bundan əvvəl Çin ölkə ordusunun Tayvana hücum etmək qabiliyyətindən bəhs edən “Arzuların arxasınca” sənədli filmini nümayiş etdirib. Dövlət CCTV telekanalının nümayiş etdirdiyi səkkiz seriyalı sənədli film Xalq Azadlıq Ordusunun yaradılmasının 96-cı ildönümünə təsadüf edib.

Filimdə Çin əsgərlərinin Tayvana hücuma hazır olmalarıyla bağlı kadrlar nümayiş etdirilib. Hərbi Dəniz Qüvvələri dalğıclarından birinin kamera önündə dedikləri isə əsgərlərdə ruh yüksəkliyinin artırılmasına hesablanıb: “Əgər müharibə başlasa və dənizdə minaları zərərsizləşdirmək lazım olarsa, biz öz canımızla həmin maneələri aradan qaldırarıq”.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*