Çin İran hakimiyyətindən Yəməndəki husi üsyançılarını ticarət gəmilərinə hücum etməkdən çəkindirməyini istəyib.
KONKRET.az xəbər verir ki, bu barədə Reuters agentliyi dörd iranlı mənbəyə və bir diplomata istinadən yazır.
Nəşrin məlumatına görə, məsələ bu yaxınlarda Pekin və Tehranda keçirilən bir neçə görüşdə müzakirə olunub.
“Çin mahiyyət etibarı ilə tələb edir ki, əgər bizim maraqlarımıza hər hansı şəkildə zərər vurularsa, bu, Tehranla münasibətlərimizə mənfi təsir edəcək”, – deyə nəşr İran rəsmilərinə istinad edib.
Qeyd edək ki, dünyanın ən böyük ticarət oyunçularından biri kimi Çin Qırmızı dənizdə gəmiçiliklə bağlı yaranan fasilələrdən əziyyət çəkir və regionda sabitliyin bərpası onun üçün prioritetdir.
Keçmiş Çin diplomatı, neft nəhəngi “Saudi Aramco”nun müşaviri Viktor Qao Reuters agentliyinə bildirib ki, Pekin bu problemin əsas səbəbini İsrailin Qəzza zolağında müharibə aparmasında görür və buna görə də açıq şəkildə Husiləri günahlandırmaq fikrində deyil.
İranlı diplomatlar da bildirib ki, Çini diqqətdən kənarda qoymaq olmaz, baxmayaraq ki, Tehranın başqa prioritetləri var.
Rəsmiyyə Şərifova,
KONKRET.az
