Çin Tayvanda keçirilən seçkilərə sərt reaksiya verdibackend

Çin Tayvanda keçirilən seçkilərə sərt reaksiya verdi

“Tayvan Çinin ayrılmaz hissəsidir, ada heç vaxt müstəqil dövlət olmayacaq”.

KONKRET.az xəbər verir ki, bunu Çin Xalq Respublikası Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Vu Qian deyib:

“Tayvan heç vaxt müstəqil olmayacaq. Xarici qüvvələrin Çini parçalamaq planı uğursuzluğa düşar olacaq”.

Vu Qian əlavə edib ki, vətəni yenidən birləşdirmək üçün Tayvanı geri qaytarmaq lazımdır: “Xalq Azadlıq Ordusu həmişə Çinin suverenliyini qorumağa hazırdır”.

Xatırladaq ki, yanvarın 13-də Tayvanda seçkilər keçirilib. Adanın yeni lideri postu uğrunda mübarizədə qələbəni administrasiya rəhbərinin hazırkı müavini, Tayvanın Demokratik Tərəqqi Partiyasının nümayəndəsi Lai Qinqde qazanıb. Yeni lider vəzifəsinin icrasına may ayında başlayacaq.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*