Çinin cənubunda helikopter qəzası – 1 ölü, 3 yaralıbackend

Çinin cənubunda helikopter qəzası - 1 ölü, 3 yaralı

Çinin cənubundakı Quanqsi-Çjuanq Muxtar Bölgəsində helikopterin qəzaya uğraması nəticəsində bir nəfər ölüb, üç nəfər yaralanıb.

KONKRET.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Telekanal bildirir ki, fövqəladə hadisə oktyabrın 4-də Baise şəhərinə aid olan ərazidə baş verib. Ölən təyyarənin pilotudur, yaralanan üç nəfər isə China Southern Power Grid Company dövlət korporasiyasının törəmə şirkətin əməkdaşlarıdır. Onlar ultra yüksək gərginlikli elektrik xəttini yoxlayırdılar.

Məlumata görə, bütün yaralılar yerli xəstəxanalardan birinə yerləşdirilib.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*