Çinin əhalisi 60 ildə ilk dəfə AZALDIbackend

Çinin əhalisi 60 ildə ilk dəfə AZALDI

2022-ci ildə Çin əhalisi 1959-1961-ci illərdə ölkədə baş verən kütləvi aclıqdan sonra ilk dəfə azalmağa başlayıb.

KONKRET.az xəbər verir ki, bu barədə Çin Milli Statistika Bürosunun açıqladığı hesabatda bildirilir.

Qeyd olunub ki, ötən ilin sonuna qədər əhalinin sayı 2021-ci illə müqayisədə 850 min nəfər azalaraq 1,411 milyard nəfərə düşüb.

2022-ci ildə yeni doğulanların sayı 9,56 milyon, ölənlərin sayı isə 10,41 milyona çatıb.

Hesabatda bildirilir ki, 2022-ci ilin sonuna Çində kişilərin sayı 722,06 milyon, qadınlar isə 689,69 milyon nəfər olub.

Əmək qabiliyyətli insanların sayı (16 yaşdan 59 yaşa qədər) 875,56 milyon nəfər olub ki, bu da ümumi əhalinin təxminən 62%-ni təşkil edir.

Eyni zamanda, 65 yaşdan yuxarı vətəndaşların sayı 209,78 milyon nəfərə çatıb ki, bu da ümumi əhalinin təxminən 14,9%-ni təşkil edir.

2022-ci ilin sonuna Çinin şəhər əhalisinin sayı illik müqayisədə 6,46 milyon artaraq 920,71 milyon nəfər olub. Kənd yerlərində yaşayanların sayı isə 7,31 milyon nəfər azalaraq 491,04 milyon nəfər təşkil edib.

Məlumata görə, 2021-ci ilin sonunda Çin əhalisinin sayı 1,4126 milyard nəfər olub.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*