Baş nazir Nikol Paşinyan bildirib ki, Ermənistanın Avropa İttifaqı ilə Avrasiya İqtisadi İttifaqı (Aİİ) arasında seçim etməsi məsələsini xalqın öhdəsinə buraxıb.
KONKRET.az xəbər verir ki, bu barədə o, hakim “Vətəndaş müqaviləsi” partiyasının tədbirində çıxışı zamanı danışıb.
Paşinyanın sözlərinə görə, Ermənistan müstəqillik əldə etdikdən sonra uzun illər ölkə vətəndaşlarının real seçim imkanları olmayıb. O, iddia edib ki, hazırkı hakimiyyət həm daxili, həm də xarici siyasətdə alternativlər yaratmağa nail olub.
Müşviq Tofiqoğlu
KONKRET.az
