Kremldən Ermənistana “qaz mesajı” – İrəvan təcili hərəkətə keçdibackend

Kremldən Ermənistana "qaz mesajı" - İrəvan təcili hərəkətə keçdi

Kremlin sözçüsü Dmitri Peskov Rusiyanın Ermənistanla qaz sazişlərini kommersiya məsələsi kimi qiymətləndirib.

KONKRET.az xəbər verir ki, Peskov bildirib ki, Ermənistanın “Qazprom” ilə qaz razılaşmaları korporativ xarakter daşıyır və qiymətlərə yenidən baxılması mümkündür.

“Orada güzəştli qiymət var. Bu qiymət daha yüksək də, daha aşağı da ola bilər, yenidən nəzərdən keçirilə bilər. Bu, korporativ məsələdir və bununla bağlı “Qazprom”a müraciət etmək lazımdır”, – deyə Kremlin nümayəndəsi vurğulayıb.

Peskov əlavə edib ki, Ermənistan üçün güzəştli qaz tədarükünün ləğv olunacağı ilə bağlı ona heç nə məlum deyil.

“Denonsasiya məsələsinə gəlincə, bunu “Qazprom”dan soruşmaq lazımdır. Mənə bununla bağlı heç nə məlum deyil”, – deyə o, jurnalistlərə bildirib.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*