“The Coca-Cola Company”nin törəmə şirkəti olan “Coca-Cola Europacific Partners Belgium” bir sıra Avropa ölkələrində satılan içkilərin tərkibində xlorat adlı maddə aşkar edildiyi üçün bütün partiyasını geri çağırdığını açıqlayıb.
KONKRET.az xəbər verir ki, Coca-Cola partiyası Belçika, Böyük Britaniya, Lüksemburq, Hollandiya, Fransa və Almaniyadan geri çağırılıb. Mütəxəssislərin fikrincə, yüksək miqdarda xlorat insan sağlamlığına mənfi təsir göstərərək, methemoqlobinemiya, yorğunluq, nəfəs darlığı və hətta böyrək çatışmazlığına səbəb ola bilər. Uzun müddətli istifadə DNT-ni zədələyə və onkoloji xəstəliklərə səbəb ola bilər.
Vəli Həsənoğlu,
KONKRET.az