Dünyada 14 857 343 nəfər koronavirusa yoluxub.
KONKRET.az xəbər verir ki, virusa yoluxan 613 340 xəstə ölüb, 8 911 185 nəfər sağalıb.Koronavirusa ən çox yoluxma (3 961 429 nəfər), ölüm (143 834 nəfər) və sağalma (1 849 989 nəfər) ABŞ-dadır.
Yoluxma sayına görə növbəti yerləri ardıcıl olaraq Braziliya (2 121 645 nəfər), Hindistan (1 154 917 nəfər) və Rusiya (777 486 nəfər) paylaşır.
İran 276 202 yoluxma ilə 11-ci, Türkiyə 220 527 yoluxma ilə 15-ci sıradadır. Ermənistanda koronavirusa 34 981, Gürcüstanda 1039 yoluxma qeydə alınıb.
Azərbycanda koronavirusa yoluxan 27 890 xəstənin 19 490-ı sağalıb, 363-ü ölüb.
