Çoxuşaqlı qadınlar üçün müavinət qaydalarında YENİLİKbackend

Çoxuşaqlı qadınlar üçün müavinət qaydalarında YENİLİK

5-dən çox uşağıolan qadınlara aylıq sosial müavinətin təyin edilməsi üzrə arayışın verilməsi ilə bağlı yeni qaydalar müəyyənləşir.

KONKRET.az xəbər verir ki, Trend-in əldə etdiyi məlumata görə, 20 may 2026-cı ilə qədər Xidmətin Elektron Hökumət İnformasiya Sisteminə (bundan sonra – EHİS) inteqrasiyasının təmin edilməsi nəzərdə tutulur.

İyunun 1-nə qədər xidmətin mövcüd iş axının təqdim edilməsi, iyunun 22-nə qədər isə xidmətin təkmilləşdirmələr nəzərə alınmaqla yeni iş axınının təqdim edilməsi və razılaşdırılması planlaşdırılır.

Sentyabrın 9-na qədər isə xidmətin mygov platformasında istifadəyə verilməsi (istismar mühitində) nəzərdə tutulur.

Bununla bağlı işləri Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi icra edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*