CSKA-“Qarabağ” matçını stadionda izləmək istəyənlərin nəzərinə! – Bu gündən…backend

CSKA-“Qarabağ” matçını stadionda izləmək istəyənlərin nəzərinə! - Bu gündən...

CSKA (Sofiya, Bolqarıstan) – “Qarabağ” FK oyunu üçün vauçerlər bu gün satışda olacaq.

KONKRET.az xəbər verir ki, bu barədə Ağdam klubu paylaşım edib.

UEFA Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində keçiriləcək CSKA (Sofiya, Bolqarıstan) – “Qarabağ” FK matçını “Natsionalen Stadion Vasil Levski” stadionunda izləmək və komandanı dəstəkləmək istəyən azarkeşlər üçün ayrılmış vauçerlər bu gün saat 17:00-dan etibarən iTicket.az vasitəsilə onlayn satışa çıxarılacaq.

Azarkeşlər üçün “Natsionalen Stadion Vasil Levski” stadionunda 800 yer ayrılıb. Biletlərin qiyməti isə 28 AZN-dir.

Qeyd olunub ki, bilet əldə edən şəxslər stadiona gələrkən şəxsiyyətlərini təsdiq edən sənədi gətirməlidir.

Xatırladaq ki, CSKA (Sofiya, Bolqarıstan) – “Qarabağ” oyunu iyulun 30-da Bakı vaxtı ilə 22:00-da, yerli vaxtla isə 21:00-da başlayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*