Cüdoçumuz Polşada medal qazandı – VİDEObackend

Cüdoçumuz Polşada medal qazandı - VİDEO

Polşanın paytaxtı Varşavada kişi və qadın cüdoçular arasında Açıq Avropa turniri start götürüb.

KONKRET.az xəbər verir ki, yarışda Azərbaycanı 11 kişi və 7 qadın tatami ustası təmsil edir. İlk yarış günündə yalnız Yaşar Nəcəfov fəxri kürsüyə yüksəlməyi bacarıb. 60 kq çəki dərəcəsində yer alan 20 yaşlı idmançı bürünc medal qazanıb.

Nəcəfov ardıcıl olaraq, macarıstanlı Çaba Sabo və fransalı Rişar Verqneni mübarizədən kənarlaşdırsa da, 1/4 finalda monqolustanlı Sumiyabazar Enxtayvana uduzub. Təsəlliverici görüşdə o, italiyalı Andrea Karlinonu, 3-cü yer uğrunda qarşılaşmada isə ispaniyalı Xusto Nunyes Rodrigesi yenməyi bacarıb.

Qeyd edək ki, Açıq Avropa turnirinə martın 1-də yekun vurulacaq.

European Judo Open M&WWarsawa 2020.,🥉👆🐅🚀💪

Gepostet von Ramil Necefov am Samstag, 29. Februar 2020

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*