Daha bir azərbaycanlı koronavirusdan öldübackend

Daha bir azərbaycanlı koronavirusdan öldü

İsveçdə azərbaycanlı gənc koronavirusdan vəfat edib.

KONKRET.az xəbər verir ki, bu barədə İsveç Azərbaycanlılarının Koordinasiya Şurasının üzvü Nadir Hollenbrand feysbuk hesabında paylaşım edib.

“Stokholmda 22 yaşında gənc azərbaycanlımız bu gün gecə saatlarında Covid-19-dan həyatını itirdi. Özü də sağlam bir gənc. İsveç virusla oyun oynayır. Yaxşı ki, Azərbaycandasız”, – deyə o, paylaşımında qeyd edib.

Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*