Türkiyədə zəlzələ nəticəsində həlak olan Lida Qocayevanın nəşi bu gün saat 12:50-də Ankara-Bakı reysi ilə Azərbaycana gətiriləcək.
KONKRET.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə məlumat verib.
Təyyarənin saat 16:20-də Bakıya eniş edəcəyi gözlənilir.
Qeyd edək ki, fevralın 16-sı gecə saatlarında Malatyada həlak olan tələbələrimizin də nəşi Azərbaycana gətirilib.//APA
